“Ənsarullah pusqu quraraq 70 İsrail və Amerika xüsusi təyinatlısını öldürüb”

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Yəmən Ənsarullah Hərəkatının Yəmənə sızmağa cəhd edən 70 İsrail Xüsusi Təyinatlı döyüşçüsü və çoxlu Amerika muzdlusunu məhv etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Makqreqor Yəməndə "döyüş meydanında sərt adamlar" kimi təsvir etdiyi Ənsarullahın sızmağa çalışan bütün ABŞ və İsrail komandasını pusquya salaraq öldürdüyünü bildirib.

Yəmən Ənsarullah Hərəkatı, sionist İsrailin Qəzzada həyata keçirdiyi hücum və qırğınlara reaksiya olaraq, 31 oktyabr 2023-cü ildə Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını bildirdikləri ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başladılar və Qəzzanın mühasirəsi götürülənə və hücumlar dayandırılana qədər əməliyyatlarına davam edəcəklərini açıqlamışdılar.