İsrailin Qəzzada məktəbə hücumu azı 100 nəfərin ölümünə səbəb olub

İsrailin Qəzzada soyqırımı davam edir. Qəzza şəhərində İsrailin məktəbə endirdiyi zərbələr nəticəsində azı 100 nəfər ölüb, onlarla insan yaralanıb. Yaralılar içində vəziyyəti olduqca ağır olanlar və İsrailin onlara tibbi yardımın çatdırılmasına qoyduğu qadağa ölü saylarının artacağını söyləməyə əsas verir. 

Dünyanın gözü önündə gerçəkləşən uşaq qətliamı hələ də İsrailin cəzasızlıq mühitində insanlıq əleyhinə cinayətinə göz yummasına səbəb olub. Bu isə az qala hər dəqiqədə bir günahsız körpə ölümü deməkdir.