“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerinaın Səsinə müsahibəsində Azərbaycanda növbədənkənar parlament seçkiləri və siyasi hüquqlardan danışıb.
Amerikanın Səsi: Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə seçki öncəsi siyasi hüquqlarla bağlı durumu necə qiymətləndirirsiniz?
Rüfət Səfərov: Əvvəla, Azərbaycanda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinin hüquqi əsasları bizə aydın deyil. Azərbaycan Konstitusiyasının 98-1. maddəsində göstərilən hüquqi əsasların heç birinin olmadığı halda Azərbaycan hakimiyyəti həmin tarixə seçkini təyin edib. Bu, hüquqi proses deyil. Siyasi bir iradə əsasında, hakimiyyətin istəyi əsasında baş tutubdur. Azərbaycanda seçki institutları uzun dövrlərdir yerli-dibli sıradan çıxarılıb. İstər prezident, parlament, istərsə də bələdiyyə seçkiləri bərabər, açıq və seçki qanunvericiliyinə, konstitusiyaya uyğun heç bir zaman realizə olunmayıb. Bu mənada icra hakimiyyətinin, admnistrasiyanın bir siyasi əlavəsi olaraq növbəti parlament seçkiləri də mən gözləmirəm ki, demokratik keçirilsin. Əvvəlki təcrübəyə baxırıq. Hər keçən çağırışda əksinə parlamentin tərkibi daha da buxovlanır və səslər daha da məhdudlaşdırılır. Faktiki olaraq bu gün Azərbaycan parlamentində müstəqil müxalif fikri ifadə edən bir mandat sahibini çox təəssüf ki, mən görə bilmirəm. Bir halda ki, təməl haqlar, sərbəst toplaşma azadlığı bu gün təmin olunmursa, yerli seçki komissiyaları paritet əsaslara söykənmirsə, hansı seçki prosesindən biz danışa bilərik? Əlbəttə ki, bu növbəti şou olacaq.
Amerikanın Səsi: Azərabaycanın “Seçki Məcəlləsi” ölkədə seçki posesinin bütün aspektlərini tənzimləyir. Sizcə icra mexanizmləri qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilirmi?
Rüfət Səfərov: Təəssüf ki, yox. Azərbaycandakı seçkiləri əsas etibarı ilə polis, bir də yerli icra hakimiyyəti orqanları əl-ələ verib həyata keçirirlər. Bir neçə gün bundan əvvəl daxili işlər nazirinin müvini Mərkəzi Seçki Komissiyasındakı (MSK) müşavirədə açıq-aydın söylədi ki, protokolların götürülməsindən MSK-ya aparılmasına qədər proses polisin müşayiəti ilə baş tutuacaq. Həmən gün sosial şəbəkələr, ayrı-ayrı platformalar nəzarətə götürüləcək. Kimsə pozuntuya yol versə cəzalandırılacaq. Bilirsiniz, normal hakimiyyəti idarə etmək seçki mühitinin liberallaşdırılması, ədalətli və azad keçirilməsi ilə bağlı çağırışlar edir. Amma bizdə isə polisi veriblər önə, belə təhdid dolu çağırışlar edirlər. Onsuz da siyasi və hüquqi iqlim son dərəcə bozdur. Belə çağırışlarla da bizim gözləntilərimiz sıfırın altına düşür. Düzdür o müsahibə qısa zamanda aradan qaldırıldı, görünür admnistrasiya hesab edibdir ki, bu qədər də “ağ” etmək olmaz.
Amerikanın Səsi: Qanunvericilik və mövcud təcrübə vətəndaş və siyasi hüquqlara dair Azərbaycanın ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğundurmu?
Rüfət Səfərov: Bununla bağlı beynəlxalq təşkilatlar, hüquq sahəsində fəaliyyət göstərən mexanizmlər bir neçə hesabatlar ortaya qoyub. Əksinə, hakimiyyətə çağırışlar edibdir ki, kifayət qədər mürtəce xarakter daşıyan normativ hüquqi aktlar liberallaşdırılsın. Amma hakimiyyət bunu “gözardına” vurur. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda siyasət icazəli hala gəlib. Açıq şəkildə hakimiyyət medianın, vətəndaş cəmiyyətinin siyasi mexanizmlərin, siyasi plüralizmin inkişafında maraqlı deyil. Bu mənada milli qanunvericilik beynəlxalq standartlara uyğun deyil və getdikcə daha da irticaçı xarakter almaqdadır.
Amerikanın Səsi: Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Şurasının Venesiya Komissiyası son illərdə qəbul olunan siyasi partiyalar və media haqqında qanunların Avropa Şurası standartlarına uyğun olmadığını bildirib. Bununla yanaşı Azərbaycanın ATƏT-in beynəlxalq seçki müşahidə missiyalarının çoxsaylı tövsiyələrini də yerinə yetirmədiyi bildirilir. Bunun səbəbləri nədir?
Rüfət Səfərov: Bilirsiniz, hakimiyyət müəyyən imitasiya, monipulyasiyalara yol versə də, açıq siyasət aparır. Bu siyasət nədir? Avtoritar meyllər, dövlətin, cəmiyyətin təməllərinə nüfuz etməkdədir. Hökümət nümayişkaranə şəkildə son dövrlərdə diktaturaya açıq çağırışlar, cəhdlər etməkdədir. Bizim hakimiyyətin kursu artıq yönəlibdir Orta Asiyaya, Rusiyaya, Çinə, Ərəb liqasına. Haradakı hüququn dəyəri çox təəssüf ki, aşağı səviyyədədir. Hakimiyyət açıq şəkildə söyləyir ki, Azərbaycanın “avroməkana” heç bir aiddiyatı yoxdur. Təsadüfi deyil ki, bu il Avropada insan hüquq və azadlıqları sahəsində vahid standartı müəyyən edən AŞPA-da bizim nümayəndəliyimiz 1 illik müddətə kənarlaşdırıldı. Bu nədən xəbər verir? Ondan xəbər verir ki, Azərbaycan konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir. Avropa Şurasına qəbul olunarkən, hələ 23 il bundan əvvəl üzərinə götürdüyü siyasi, hüquqi öhdəlikləri icra etmir. Əksinə daha da uzaqlaşmaqdadır. Bu mənada Azərbaycan hakimiyyəti açıq-aşkar qeyd edir ki, Avropa və onun hüquqi təsisatlarında deyil.
Qeyd: Bu, hüquq müdafiəçisi Rüfət Səfərovun fikirləridir. Azərbaycan rəsmiləri tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri seçkilərin azad, demokratik ruhda keçirildiyini bildirir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 22 siyasi partiya namizədi ilə iştirak edir.
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları indiyədək Azərbaycanda keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib.
Rüfət Səfərov: Bu gün Azərbaycanda siyasət icazəli hala gəlib