Azərbaycanın Olimpiya Oyunlarında ikinci qızıl medalı

Cüdoçu Zelim Kotsoyev Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medal qazandırıb.

O, 100 kq çəki dərəcəsində yarışan cüdoçular aradında finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeni məğlub edərək oyunların qalibi olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zelim Kotsoyevi Olimpiadanın qızıl medalını qazanması münasibətilə təbrik etdilər, gələcəkdə də ona yeni uğurlar arzuladılar.

Bundan əvvəl iyulun 29-da cüdoçu Hidayət Heydərov (73 kq) Azərbaycana ilk qızıl medalı  gətirmişdi.

Boks yarışında yarımfinala yüksələn Alfonso Dominqes Azərbaycana daha bir medalla təmin edib.

Yarımfinalda onun rəqibi ispaniyalı Emmanuel Reyes Pla olacaq. Döyüş avqustun 4-də baş tutacaq.