Tale Bağırzadə İsmayıl Həniyənin şəhadəti ilə bağlı təsliyyətini bildirdi

Göydən yağış əvəzinə bombalar yağan bir məkanda dünyaya göz açan insanın mübarizə dolu həyat hekayəsi təkcə özünün deyil, bir xalq olaraq onilliklərlə təzyiq altında, həbs və şəhadətlərlə dolu Fələstin tarixinə yenilməz, məğlubolmaz bir nümunə təqdim etdi Həniyə. Öz xalqının əsarət zəncirini qırmaq naminə həyatının ən şirin nemətlərini, şəhid qurbanlarını verməklə azadlığın əldə olunma dəyərini, haqqın zəfərini öz varlığında təqdim edən o fateh mübarizəsi ilə əbədiyyət üfüqündə ölümsüzləşən bir tablo çizdi.

Həyatına qoyulan şəhadət nöqtəsi ilə isə gələcəyə xəbis, xəyanətkar, insanlıq düşməni, aparteid rejimi ən aydın çalarlarla təqdim edərək Fələstin səmasına, Qəzzə torpağına yenilməz bir mübariz adını qeyd edərək, axirətə pərvaz etdi.

Bu böyük insan İsmayıl Həniyənin şəhadətində kədərimizi ifadə edir, İslam dünyası, xüsusi olaraq mübariz Fələstin xalqına HƏMAS-ın ölümsüz liderinin şəhadəti ilə bağlı təsliyyətimizi bildiririk. 
Eyni halda xain, cinayətkar, bəşərin üz qarası, terroçu sionist İsrail dövlətinin bu və bu kimi minlərlə xain addımlarını məhkum edir, cinayətlərini pisləyirik. 

 

Hacı Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəsisəsi.
01 avqust 2024-cü il.