Məscidlərə uşaqların buraxılmaması atadan oğula keçən haqqa nifrətin təzahürüdür

Ölkədə əyləncə mərkəzlərinə, açıq havada təşkil olunan konsertlərə, efir məkanında keçirilən şou verlişlərə azyaşlıların gəlişinə sevgi göstərən Azərbaycan Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məhərrəm ayının gəlişi ilə yenə narahatlıq ifadə edib.

Köhnə ssenaridə üçüncü cinslərin əyləncə məclisləri, əynindəki geyimi belə ehtiras yaradan müğənnilərin konsert və verlişləri uşaqların rahat gəlişi ilə psixikasına necə böyük və acınacaqlı təsir göstərdiyi hava, su kimi aydın olduğu halda yenə də ənənəvi orqanlar əza məclislərinə uşaqların gətirilməməsi müraciət olaraq səsləndi.  Tövsiyə xarakterli səslənən etiraz əslində sərt qadağa tədbiri olaraq ötən gündən bütün azyaşlıları məscidin qapısı arxasında saxladı.

Müraciətdə “Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar", deyə qeyd edilir.

Uşaqların haqq, əqidə, qeyrət və ləyaqət məktəbi olan əza məscilərinin “mənfi” təsirləri düşünüldüyü halda artıq qarşısıalınmaz qeyri-ənənəvi dini və cinsi pozuculuğun baş aldığı Azərbaycan gerçəkliyində son müdafiə sistemi olan Aşura məclislərinin hədəfə alınma səbəbi artıq heç kəs üçün gizlin deyil. Bunun üçün sayı minləri ötən inanclıların, həmən məscidə buraxılmayan uşaqların günahsız atalarını həbslərə məhkum edən rejimin addımlarına baxmaq yetərlidir ki, bu işin əsil həqiqəti bəlli olsun.

Qadağa məscidlərə gəlməyə məhdudiyyət qoya bilər, amma Hüseyn eşqinə əsla. Bunun üçün siz atalarınıza və özünüzə, eyni halda bizim atalarımıza və özümüzə baxsanız həqiqəti görə bilərsiniz. Əminliklə bilin ki, bu gün biz və siz kimi sabah uşaqlarımız da Hüseyn sevgisi və yezid xislətini tanıyıb və tanıdacaqlar. Səbəbsə birdir, haqqa sevgi.

 

- Təhlil_Tənqid_tv