Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.
Bu barədə Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib.
Toplantı iyunun 28-də baş tutub. Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.
“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vaşinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vaşinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. “2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vaşinqton D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.
Masonların Azərbaycanda keçirilmiş böyük toplantısı ilə bağlı Referans.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev danışıb. O bildirib ki, Azərbaycanda masonların fəaliyyəti təxminən 20-ci əsrin əvvəllərində başlayıb və yavaş-yavaş genişlənib. Hazırda onların təşkilatı elə bir həddə gəlib çıxıb ki, masonlar Ədliyyə Nazirliyində təşkilatlarını qeydiyyatdan keçirməkçün sənədlər təqdim ediblər:
“Nazirlik hələ ki, bu sənədləri təsdiq etməyib, amma, mənə elə gəlir ki, müəyyən bir müddət keçdikdən sonra sözügedən sənədi təsdiqləyəcək. Mason təşkilatının Azərbaycandakı nümayəndəsi bununla bağlı deyib ki, yüksək dərəcəli masonlar bu ilin sonuna qədər Azərbaycana gələcəklər və burada onların nüfuzlarının çoxalmasını nəzərə alaraq, hesab edirlər ki, Ədliyyə Nazirliyi onları qeydiyyatdan keçirəcək. Bundan sonra biləcəyik ki, Azərbaycanda masonların təşkilatı var. Bu təşkilatın niyyəti təxminən deyərdim ki, Azərbaycanda 1990-cı ildən fəaliyyət göstərən nurçuların niyyəti qədər yüksəkdir. Çünki nurçuların da dünyanın 80-dən çox dövlətində məktəbləri var və onlar iş aparırlar. Bizdə 2014-cü ilədək fəaliyyət göstərdilər, 2016-cı ildə Türkiyədə çevriliş cəhdi olandan sonra, çevrilişin səbəbi onların fəaliyyəti ilə əlaqələndirildi. Masonların fəaliyyəti də nurçular kimidir. Onların buradakı cavanlarla bağlı olan təşkilatı açıq şəkildə fəaliyyət göstərir. Bu idman və turizmlə bağlı təşkilatdır. Azərbaycanda masonlar öz təşkilatları vasitəsilə bizim idmançıları başqa ölkələrə göndərirlər. Bizim bir qrup idmançını İrana da gödərmişdilər. Masonlar Azerbaycanda fəaliyyət göstərirlər, sadəcə bu fəaliyyət görünmür. Çünki, gizli işləyirlər. Gizli fəaliyyət onları motivləşdirir. Masonların üzvləri bir-birini himayə edirlər. Bir-birindən ötrü nə istəsən edərlər. Bu çox vacib amildir. Masonların özlərinin də etiraf etdiyinə görə dövlət qurumlarında, siyasət sahəsində adamlarını yerləşdirirlər. Öz saylarını artırıb, nüfuzlarını genişləndirirlər”.
DQİDK-nın keçmiş sədri, professor Rafiq Əliyev deyir ki, mason təşkilatının Azərbaycanda tədbir keçirməsi normal haldır. Çünki onlar belə tədbirləri hər il müxtəlif ölkələrdə keçirirlər: “Onların olduğu ölkələrin sayı təxminən 86-dan çoxdur. Masonlar böyük beynəlxalq təşkilatda cəmləniblər. Deyərdim ki, ABŞ-ın bütün prezidentləri mason təşkilatının üzvü olub və indi də elədir. Yüksək səviyyəli konqressmenlər, biznessmenlər hamısı masson təşkilatının üzvü olaraq öz biznesini, siyasi fəaliyyətini davam etdirirlər. Bizdə də yəqin ki, masonlar bu ilin sonunadək mövcudluqlarını qeyd edəcəklər. Yəqin ki, biz onların az-çox fəaliyyətini görəcəyik. Necə ki, nurçular Azərbaycanda fəaliyyət göstərdilər, amma, biz onların fəaliyyətinə 18 il sonra qiymət verdik. Azərbaycanda da masonlar öz fəaliyyətlərini davam etdirəcəklər. Elə bir ölkə olmayıb ki, onların fəaliyyəti dayandırılıb, ölkədən çıxarılsın”.
Yenisabah
“Masonlar Azərbaycanda rəsmi fəaliyyətə başlayır”