Bu ilin birinci yarısında Avropada qazın 1 000 kubmetrinin orta qiyməti 332 ABŞ dollarına yaxın səviyyədə olub.
APA xəbər verir ki, cari ilin yanvar-iyun aylarında TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fyuçerslərin qiyməti 331,7 dollar təşkil edib, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi (494,3 dollar) ilə müqayisədə 1,5 dəfə azdır.
Eyni dövr üçün rekord göstərici 2022-ci ildə qeydə alınıb və 1138,8 dollar təşkil edib. Bu, cari ilin müvafiq dövrünün orta qiymətindən 3,4 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Avropada təbii qaz bu il 1,5 dəfə ucuzlaşıb