Həqiqət səmasında doğan günəş mütləq eşq üfüqündə də ümmanlara qovuşmalı idi. Onu başqa formada təsəvvürə sığdırmaq mümkün də olmazdı.
Qardaş İran xalqı böyük və ağır bir itki yaşayır. Bu acı təkcə bir xalqın deyil, ədalətin öz yerini almasını arzulayan bütün haqq sevənlər üçün böyük itkidir. Yaşadığımız dünyada onun Qəzzada saysız dinc əhalinin, günahsız körpələrin qətliamına beynəlxalq tribunalardan çağırış etməklə İsrailin qətliamına etirazı hər kəsin müşahidə etdiyi hadisədir. İslam Respublikasının siyasilərinin dünyanın hegemon güclər əlində şəxsi maraqlarla idarə olunmasına etirazı isə bu gün bəzi xalqların azadlıq və mübarizəsi üçün stimula çevrildi.
Eyni halda digər sahələrdə qurulan uğurlu siyasət birqütblü idarəçiliyə çevrilən dünyanın yeni imkanlarına sonsuz perspektivli qapı açdı. Qəzadan bir neçə saat öncə mərhum Ayətullah Rəisinin Azərbaycan Prezidenti ilə açılışını gerçəkləşdirdiyi stansiyalar deyilənlərin bariz nümunəsi idi.
Bu gün böyük kütlənin göz yaşları, qəlb yanğısı ilə yaşadığı bu acı məhz şərəfli bir ömrün yaratdığı mənzərədir.
Biz, Müsəlman Birliyi Hərəkatı (MBH) olaraq dost-qardaş İran xalqına bu acı itki münasibəti ilə baş sağlığımızı bildirir, şəhidlərə Allahdan rəhmət, ailələri başda olmaqla bütün İran xalqına səbr diləyirik.
Həyat salnaməsini ədalətin, haqqın, İlahi rəhmətin təcəlli edilməsi üçün bütünlükdə mücadilədə keçirən şəxsin ölümü, şəhadəti də haqqın sevgisi, göz yaşları ilə qoyulmalı idi. Bir daha dünyanın diqqət mərkəzində olan İran İslam Respublikasının şəhadətini yaşadığı dövlət xadimlərinin matəm tədbiri, anım mərasimləri bunu göstərdi ki, xalq, millət, insanlıq üçün durmadan çalışan şəxslərin həyatı şəhadətlə bitdiyi kimi xatirələri də qəlblərə hakim bir sevgini alovlandıracaq sönməz məşələ çevrilir.
Allah rəhmət eləsin.
- Müsəlman Birliyi Hərəkatı, 22.05.2024
“Kədəriniz kədərimizdir” Müsəlman Birliyi Hərəkatı İran xalqına baş sağlığı ünvanladı