Hacı Tale Bağırzadə İslamın Ali Dini Liderinə təsliyyət ünvanladı

Hədəflər insan varlığını müəyyən edən başlıca amildir. Bəzən insanın hədəfi fərdiyyətdən kənara çıxmadığı halda bəzən bəşəriyyətin qurtuluşu qədər hədəflər böyüyə bilir.

İran İslam Dövlətinin məlum faciəvi hadisəsi bir qardaş olaraq Azərbaycan xalqını da naraahat etməyə bilməzdi. Ötən gündən yaşanan həyəcan bu gün şəhadət xəbəri ilə sonuclandı. Ölkənin dəyərli simaları, İslamın, bəşəriyyətin nicatını hədəfləyən, sionizm kimi insanlıq üzqarasını lokallaşdırmağa çalışan bu dəyərli şəxslər şəhid olaraq ali hədəfləri ilə İlahi rəhmətin sonsuz fəzasında şəhadət karvanına, nicat gəmisinə, hidayət çırağına doğru tələsdilər.

Biz bu ağır itkidə İslamın Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneyiyə baş sağlığı təsliyyətimizi bildirir, Allahdan şəhidlərə rəhmət, ailələrinə səbr diləyirik.

Şübhəsiz bu şəhadətdə axan pak qanlar bu gün davam edən bəşəri mübarizənin qələbəyə doğru bir addım belə yaxınlaşmasına təkan vermiş olacaq.

 

Hacı Tale Bağırzadə

20 may 2024-cü il.