İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin rəhbərliyi ilə Tehranın İmam Xomeyni müsəllasında qılınan Fitr bayramı xütbələri müxtəlif insanların böyük iştirakı ilə baş tutub.
Ayətullah Xamenei xütbələrinin ikinci hissəsində Fələstin məsələsinə toxunaraq dedi: Bu ilin mübarək Ramazan ayında Qəzzada baş verən qanlı hadisələr bütün dünya müsəlmanlarını narahat edib.
O dedi: Qərb hökumətləri builki hadisələrdə Qərb sivilizasiyalarının şər mahiyyətini üzə çıxarıblar. Qəzzada son 6 ayda baş verən hadisələrdə Qərb hökumətləri özləri bu pis xisləti dünyanın gözü qarşısında qoydular.
İran İnqilabının Rəhbəri əlavə edib: Sionistlərin gücü müqavimət kişilərinə çatmır, uşaqların və məzlumların canına düşür, otuz min günahsız insanı öldürüblər.
Ayətullah Xamenei insan haqları iddiaçılarının susqunluğunu pisləyərək deyib: Haradadır insan haqları ilə bağlı xoşagəlməz səsləri ilə dünyanın qulaqlarını kar edənlər? Məgər bunlar [qəzzəlilər] insan deyillərmi? Onların hüququ yoxdur?
İranın Ali Məqamlı Rəhbəri bəyanatlarını davam etdirərək dedi: Xəbis sionist rejim öz səhvlərinə daha bir səhv əlavə etdi və bu, İranın Suriyadakı konsulluğuna hücum idi. Hər hansı bir ölkədə mövcud olan konsulluq və səfirlik aparatları sərvət hesab olunur. İstənilən ölkədəki konsulluq və səfirliklər həmin ölkənin ərazisi sayılır. Konsulluğumuza hücum etmələri, ölkəmizin ərazisinə hücum etmələri deməkdir.
O, daha sonra dedi: Xəbis İsrail rejimi cəzalandırılmalıdır və cəzalandırılacaq.
İRNA
Ayətullah Xamenei: İran konsulluğuna hücum İran torpağına hücumdur, İsrail rejimi cəzalandırılacaq
İran İnqilabının Ali Məqamlı Rəhbəri Tehran müsəllasında Ramazan bayramı namazı zamanı etdiyi xütbələrdə İranın Dəməşqdəki konsulluğuna hücumu İran torpaqlarına edilən hücuma bərabər hesab edib və deyib: Xəbis İsrail rejimi cəzalandırılmalıdır və cəzalandırılacaq.