Hacı Tale Bağırzadə Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatının sədri İlahiyyatçı Tale Bağırzadə Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yayıb. 12 saylı cəzaçəkmə müəssisəsindən dünyaya səslənən ilahiyyatçı İsrail qətliamını sərt tənqid edərək dünya insanlığına çağırış edib:
 
"Bəşəriyyət İsrail zülmünün aşkar, Fələstin xalqının isə qəhrəmanlıq tarixi yazan mübarizə salnaməsini tam çılpaqlığı ilə aydın müşahidə edəcək, haqq-batil savaşını heç zaman bu qədər dəqiq müşahidə etmədi. XXI əsrin ağlasığmaz cinayətlərinə imza atan İsrail qətliamı dünyanın baxışlarını bir daha Qüdsə yönəldərək bu simvolik azadlıq bayrağı altında birləşməklə sionizmin murdar nəfəsinin insanlıq üzərindən qaldırmanın zamanı yetdiyini sübut etdi.
 
Qüds günü bəlli məkanın bəlli tarixi olaraq çağırışdır. Bu gündə birləşmək və insanlıq məfhumu üzərində olan qara ləkəni silərək onu paklamaq Ramazanın ruha verdiyi qüdrətin özündə simvolizə etdiyi həmən həqiqətdir.
 
Biz dünya insanlıqsevənlərini Qüds günündə sionizm zülmünə etiraz olaraq birləşməyə və İsrail qətliamına “YOX” deməyə çağırırıq."