Dünya növbəti günahsız insanların terror qurbanı olaraq öldürülməsini böyük narahatlıqla izləyir. Moskvada Krokus Siti Holda gerçəkləşdirilən vəhşi addım dünyanın siyasi çalarında insanlıq əleyhinə icra edilən daha bir acı vandallıq aktı idi. Terror qətiyyətlə haqq qazandırılmayan, heç bir məntiq tanımayan hal olaraq qınanılmalı və müqəssirlər qəti formada cəzalanmalıdır. Birmənalı olaraq dinc insanların qətlinə səbəb olan istənilən cinayət bəşəriyyət əleyhinə cinayətdir və bu ümumbəşər qınaq və cəza ilə susdurulmalıdır.
Təəssüf ki, Siti Holda onlarca günahsız qurban və neçə-neçə yaralı, bu gün siyasi cinayətlər tablosunu aydın cizgilərlə çəkərək bir daha güclərin təzyiq oyunu olaraq necə dəhşətli addımların tətbiq edildiyini göstərir. Bu halı artıq beş aydan artıq bir zamanda, əksəriyyəti körpələr və qadınlar olan, sayı 32 mini keçən Fələstin şəhidlərinin Qəzada soyrırımı fonunda daha aydın görmək olur. Lakin siyasi maraqlar insanlıq əleyhinə Qəzza cinayətinə seyirçi olması birmənalı bu kimi digər cinayətlərin də başqa ölkələrdə həyata keçmə amili olaraq davam edir.
Qəti olaraq dinc, insanlığa yönəli cinayətlər məhkum olunmalı və cinayətkarlar sərt cəzalanmalıdır. Biz Müsəlman Birliyi Hərəkatı olaraq insanlığa yönəlik cinayətləri rədd edir, beynəlxalq səviyyədə müqəssirlərin cəzalanmasını tələb edirik.
MBH Moskvada baş verən terroru qınadı