NBC News ABŞ-ın bölgədəki hücumlarının görüntü xarakteri daşıdığını bildirib

Amerika qüvvələri İordaniyada PUA-ların hücumları nəticəsində üç Amerika əsgərinin öldürülməsinə görə qisas aldığını iddia edərək İraq və Suriyada hücumlar həyata keçirib, bu ölkədəki bəzi medialara, o cümlədən NBC News-a görə, bu hücumlar sadəcə görüntü xarakteri daşıyıb və əsl məqsədlərinə çata bilməyib.

NBC News ekspertlərə istinadən yazıb: Amerika qüvvələri İordaniyada öz qüvvələrinin öldürülməsinə güclü cavab vermək üçün bir neçə hədəf qoyub, lakin bu hücumların bir neçə gün gecikməsi Yaxın Şərqdəki fəal qruplara bu hücumlara qarşı tədbir görmək üçün kifayət qədər vaxt verib.

 

İRNA