'İmam Hüseynin (ə) südəmər körpələri' mərasimi keçirilir

Hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində “İmam Hüseynin (ə) südəmər körpələri” tədbirləri keçirilir.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, hər il Məhərrəm ayının ilk cüməsində dünyanın müxtəlif ölkələrində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu mərasim İranın müxtəlif şəhərlərində o cümlədən Məşhəd şəhərində İmam Rzanın hərəmində südəmər uşaqlar və analarının geniş iştirakı ilə təşkil olunub.
Qeyd edək ki, bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.
Xatırladaq ki, “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans 2003-cü ildən Tehranda Məhdiyyədə Aşura müsibətinin reallıqlarını çatdırmaq və Həzrət Əli Əsğərin (ə) şəhid olması mövzüsu ilə başlayıb və keçirildiyi bu illər ərzində insanlar tərəfindən çox yüksək rəğbətlə qarşılanıb.
Artıq 20 ildən çoxdur ki, bu mərasim İranla yanaşı dünyanın 41 ölkəsində o cümlədən Azərbaycan, Britaniya, Rusiya, Almaniya, Filipin, İndoneziya, Yəmən, Tacikistan, Miyanmar, Senqapur, Ukrayna, Kəşmir, Livan, Banqladeş, Malazya, Tayland , Türkiyə, İraq və digər ölkələrdə keçirilir