İsa Qəmbər Müsavat başlanlığından niyə getdiyini AÇIQLADI

Müsavat Partiyasının 8-ci qurultayından beş il keçir... Gələn ay – oktyabrın 12-də partiya növbəti qurultaya toplaşacaq. İndidən də məlumdur ki, başqablıq mübarizəsi əsasən üç nəfər arasında gedəcək – Yadigar Sadıqlı, Tofiq Yaqublu və Arif Hacılı…

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin bu üç namizədddən kimin yanında olacağı hələ ki tam məlum deyil. Baxmayaraq ki, İsa Qəmbər Arif Hacılı ilə daha yaxındır… Amma Arif Hacılınımn rəhbərliyi dönəmində Müsavatın xeyli zəiflədiyini də yaddan çıxarmaq olmaz.

Bu arada İsa Qəmbər Müsavat Partiyasının 8-ci qurultayında niyə başqanlıqdan getdiyi barədə açıqlama verib.

Modern.az-ın məlumatına görə, İsa Qəmbər bununla bağlı bildirib:

“Həmin gün eyni adamın 3-cü dəfə yüksək vəzifəyə iddia etməsinin yolverilməz olduğunu təkcə siyasi partiyalara deyil, bütün ölkəmizə əyani şəkildə nümayiş etdirdik.
Həmin gün yorulduğum və ya mübarizədən bezdiyim üçün deyil, Nizamnaməmizə görə başqanlığa iddia etmədim.
Həmin gün Müsavat Partiyası yalnız Azərbaycana deyil, bütün postsovet məkanına yüksək demokratiya və azad, ədalətli seçki nümunəsi təqdim etdi.
Başa düşənlər (əksəriyyət) bütün bunların önəmini çox gözəl bilir.
Başa düşməyənlər gec-tez başa düşəcək.
Başa düşmək istəməyənlər çox şey itirəcək.
İnanıram ki, Müsavat Partiyasının 9-cu qurultayı da (12 oktyabr 2019) Azərbaycanımızın ləyaqət tarixinə yeni şərəfli bir səhifə kimi yazılacaq”.