Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.
"Yeni Sabah”a istinadən xəbər verilir ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq 1997-ci ildə Prezident tərəfindən yaradılıb. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şurasının tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:
Vitse prezident
Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Baş prokuror
Dövlət müşavirləri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Dövlət təhlükəsizlik xidmətinin rəisi
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.
Ramil Usubov kimlərlə işləyəcək? (SİYAHI)
Oxşar xəbərlər