Jurnalist nazirdən şikayətçiləri məhkəməyə çağırdı

Səhiyyə Naziri Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalist Teymur Kərimov iyun ayının 7-də Nəsimi Rayon Məhkəməsinə çağrılıb.
 
Teymur Kərimovun bildirdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə məhkəmə işi başlayıb.
 
Məhkəmə iyun ayının 10-a təyin edilib.
 
"İddia ondan ibarətdir ki, guya mən Azərbaycan səhiyyəsininə kölgə salmışam, guya mən yalan bildrmişəm ki madddi-texniki vasitələr çatmır. Halbuki bütün faktlar var əlimdə.  Məhkəməyə təqdim edəcəyəm. Görək hakim icraata götürəcəkmi?”, - jurnalist bildirib. 
 
Teymur Kərimov Səhiyyə Nazirliyindən şikayətçi olan hər kəsi şahid qismində məhkəməyə çağırıb.
 
Mayın 18-də T.Kərimov Səhiyyə Nazirliyin qarşısında aksiya keçirmişdi.
 
O, xəstə anasının müalicəsinə pul tapmadığını bildirərək, üst geyimini soyunmuş, paltarlarını satacağını açıqlamışdı.