Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.
Əvvəlcədən qəbula yazılmış vətəndaşlar Dövlət Komitəsinin sədri tərəfindən fərdi qaydada qəbul ediliblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Məlumat verilib ki, bu məqsədlə yaşayış binalarının tikintisi davam etdirilir.
Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.