Niger hökuməti Ukrayna ilə diplomatik münasibətləri dərhal kəsdiyini elan edib.
Bu barədə “Agence France-Presse” respublikanın rəsmi nümayəndəsi Amadu Abdramanın bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, Niger Ukrayna təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəlib.
Bu yaxınlarda Mali rəhbərliyi də Kiyevin Afrika ölkəsindəki terrorçulara dəstəyinə görə Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Söhbət Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun Kiyevin, silahlı terror qruplarının iyulun sonunda Əlcəzairlə sərhədə yaxın Tinzauaten bölgəsinin şimal-şərqində, Malinin Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçilərinə hücumuna dəstəyi ilə bağlı bəyanatından gedirdi.
Niger Ukrayna ilə diplomatik əlaqələri kəsib