Həbsdə olan iqtisadçı alim, keçmiş deputat Nazim Bəydəmirli Ədliyyə Nazirliyinə müraciət edərək cəzaçəkmə müəssisəsində bir sıra hüquqlarının əsassız məhdudlaşdırıldığını bildirib.
Bəydəmirli müraciətində videozəng imkanından məhrum edildiyini, həyat yoldaşına baş etibarnamə verə bilmədiyini, həmçinin lazımi tibbi yardım almadığını deyib.
“Qanunla nəzərdə tutulan hüquqlarımın məhdudlaşdırıldığı hallar mövcuddur. Video görüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmiləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardım və həkimlə təmin olunmuram”, - deyə o yazıb.
Bəydəmirli bildirib ki, üç ildən çoxdur qızını görə bilmir və onunla yalnız videogörüntü vasitəsilə əlaqə saxlaya bilib:
“Mən üç ildən çoxdur qızımın üzünü görmürəm, onu qucaqlaya bilmirəm, sadəcə video görüntü ilə görüşə bilirdik. 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə etap olunduğum gündən - beş aydır ki, karantindəyəm - video görüntüdən məhrum edilmişəm”.
Onun sözlərinə görə, həyat yoldaşı Fəridə Bəydəmirli iyulun 2-də Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub. Sentyabrın 17-də isə səhhəti ilə bağlı problemlərə görə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Cəmil Kamilliyə müraciət edib.
Bəydəmirli təcili tibbi müayinəyə və müalicəyə ehtiyacı olduğunu, eyni zamanda güclü diş ağrılarından əziyyət çəkdiyini bildirib.
“Səhhətimdə yaranan ciddi problemlərin həlli üçün dəfələrlə müraciət olunub. Təcili analiz olunmalıyam, müalicə almalıyam. Üstəlik, şiddətli diş ağrısından əziyyət çəkirəm, dişimdəki implantın istismar müddəti bitdiyi üçün şiddətli ağrı verir. İndiyə qədər heç bir tədbir görülməyib”, - müraciətdə deyilir.
Keçmiş deputat indiyədək saxlanma şəraitindən şikayət etmədiyini, lakin sadaladığı məhdudiyyətlərin qanunvericiliyə uyğun olmadığını düşündüyünü yazıb.
O, müraciətinin araşdırılacağına ümid etdiyini qeyd edib:
“Güman edirəm, müraciətim ünvanına çatacaq və mənim haqlı tələblərimə müsbət cavab veriləcək. Əks halda mən nə aclıq elan edəcəyəm, nə özümü asacağam, sadəcə olaraq əmin olacağam ki, mən “sroka” deyil, ölümə məhkum olunmuşam, ona görə hamı susur”.
Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama əsasən, Bəydəmirlinin “Avto-Qarant” ASC-nin təsisçisi Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat tələb etdiyi və bu məbləğin 10 min manatını aldığı iddia olunur. Digər epizod üzrə isə onun Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan investisiya məsələsi ilə bağlı pul tələb etdiyi bildirilir.
Bəydəmirli ittihamları qəbul etmir. O, həbsini Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlarla əlaqələndirir və özünü “ekologiya məhbusu” adlandırır. Bəydəmirli Söyüdlüdə sianid gölünün tikintisinə etiraz edən sakinləri dəstəklədiyinə görə təqib olunduğunu deyir. Bir sıra yerli hüquq müdafiəçiləri də onun həbsini siyasi motivli hesab edirlər.
2024-cü ilin sentyabrında məhkəmə Nazim Bəydəmirlini 8 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmədə son sözündə də cinayət ittihamlarını rədd edərək həbsinin Söyüdlü hadisələrindəki mövqeyi ilə bağlı olduğunu bildirib.
Nazim Bəydəmirli hüquqlarının məhdudlaşdırıldığını deyir: “Üç ildən çoxdur qızımın üzünü görmürəm”