“Muhəmməd” – Şimali Qafqazın ən məşhur adı

“Muhəmməd” (“Məhəmməd”, “Muhamməd”, “Mühəmməd”) adı Rusiyada yeni doğulan uşaqlara ən çox verilən adlardan biridir.

Bu adı ölkənin Şimali Qafqaz regionunda ən populyar addır.

Belə ki, Rusiya Federasiyasının Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Çeçenistan, Dağıstan və İnquşetiya respublikalarında “Muhəmməd” adı ən məşhur adlar siyahısında birinci yerdədir.

Həmçinin ölkənin Xantı-Mansi muxtar dairəsində də (Yuqrada) adlar reytinqində ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, əziz İslam peyğəmbəri həzrət Muhəmmədin (s) adı hazırda dünyanın ən məşhur adıdır. Təxminlərə görə dünyada bu adı daşıyan 150 milyon insan yaşayır.