Muharrem İncedən rəqiblərinə jest – hər birinə pul bağışladı

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkilərində Cumhuriyyət Xalq Partiyasını təmsil edən Muharrem İnce rəqiblərinə jest edib.

TopXeber.Az bildirir ki, o, rəqiblərinin hesabına 500 dollar göndərib. Bu haqda məlumatı öz sosial şəbəkə hesabında paylaşan İnce, - “Gülə-gülə xərcləsinlər”, - rəyini yazıb.

Qeyd edək ki, həmin namizədlər sırasında Recep Tayyip Erdoğan, Selahattin Demirtaş, Meral Akşener, Temel Karamollaoğlu və Doğu Perinçek var.