Moldova Ukraynaya rəsmi xəbərdarlıq etdi

Moldova Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymaq niyyəti barədə Ukraynaya rəsmi xəbərdarlıq edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, eyni zamanda, məhsulların ölkə ərazisindən tranzit keçməsinə icazə verilib. 

Moldova Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu barədə artıq Moldova departamentinin rəhbəri Vladimir Bolya görüş zamanı Ukraynanın aqrar sənaye naziri Nikolay Solskiyə məlumat verib.

Xüsusilə qeyd olunur ki, anbarlarda taxıl balansı böyük olduğundan yerli fermerlər yeni məhsul üçün yerin olmamasından narahat olmağa başlayıblar. Ölkə daxilində kənd təsərrüfatı məhsullarının daxili ixracının azalması, logistika xərclərinin artması və beynəlxalq birjalarda qiymətlərin aşağı düşməsi də vəziyyəti çətinləşdirir.