Oktyabrın 8-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Məmədov İsfəndiyar Arzu oğlunun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Hakim Rasim Sadıxov şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək İsfəndiyar Məmmədovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, İsfəndiyar Məmmədov 2023-cü il sentyabrın 23-də saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində azadlıqdan məhrum edilib.
MBH üzvü İsfəndiyar Məmmədova hökm oxunub