MBH "Nardaran hadisəsi"nin 8-ci ildönümündə bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Nardaranda, 2015-ci il noyabrın 26-da 2-si polis olmaqla 6-nəfərin ölümü, 10-nəfərin yaralanması ilə yaşanan hadisənin 8-ci ildönümündə bəyanat yaydı. Bəyanatda deyilir:
"Hələ də müqəssirlərin cəzalanmadığı, ərazisi nifrət ünvanı olaraq blokadada saxlanılan, qurbanlarının ədalətin mütləq təcəlla edəcəyi günü gözlədiyi 26 noyabr Nardaran hadisəsinin növbəti, 8-ci ildönümünü yaşayırıq. Hər vasitə ilə haqqın səsini, həqiqət çağırışını boğmağa çalışan hakimiyyət öz cinayətini o günlər kütləvi həbslərin arxasında gizlətməyə çalışaraq yanlış şübhələrlə xalqı aldatmağa çalışsa da zaman göstərdi ki, onun xisləti zülm və sitəmin üzərində qurulan bir hakimiyyət idarəçiliyindən başqa bir şey deyildi. O gündən günümüzə qədər davam edən kütləvi həbslərin də mahiyyəti məhz məngənə altında əzilən xalqın bu vəziyyətlə barışmasıdır. Buna etiraz göstərənlər isə hər növ işgəncələr yaşayaraq azadlıqlarında keçməyə məcburdurlar.
Biz şübhəsiz hakimiyyətin xalqa zülm edən, ədalətin qarşısını alan, azadlıq sərhədlərinə sədd çəkən istənilən addımı məhkum edir, Nardaran hadisəsi başda olmaqla Tərtər, Gəncə, Bənənyar və sair bu sirada yer alan bütün cinayətlərə ədalət tələb edirik.
Müsəlman Birliyi Hərəkat."