Lənkəranda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə mane olunduğu bildirilir

Təşkilatçılardan Könül Rəsul Meydan TV-yə bildirib ki, tədbirin keçirilməsi bir ay öncəyə nəzərdə tutulubmuş.
Bir gün qalmış isə Lənkəran Şəhər Polis İdarəsinin xidmət üzrə rəis müavini İltifat Yusifov heç bir səbəb gətirmədən tədbirin keçirilməsinə mane olub.
Könül Rəsul deyir ki, tədbirin keçirilməsində məqsəd talış dilinin inkişafına, yaşamasına töhfə vermək idi:
“Amma bizə imkan vermədilər. Bu cür maneələr yaradıb, hədə-qorxu gələndə, insanlar da geri çəkilir. Öz ölkəsində yaşayan millətə ana dilində tədbir keçirməyə icazə verilmir. Məgər mənim öz ana dilimdə tədbir keçirməyə haqqım yoxdur?”