Livan xalqı Trampın nümayəndəsinə etiraz olaraq küçələrə çıxıb

Livanda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun Hizbullah əleyhinə açıqlamaları böyük reaksiyaya səbəb olub. Livan xalqı Beyrut hava limanının qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun Livan xalqı və Bebollahir səfəri zamanı etdiyi açıqlamalar səbəbilə çoxlu sayda Hizbullah tərəfdarı Beyrutdakı Rəfiq Həriri Beynəlxalq Hava Limanı qarşısında toplaşaraq böyük nümayiş keçirib.

Əllərində Hizbullah bayraqları və müqavimət şəhidi Seyid Həsən Nəsrullahın fotoşəkilləri olan nümayişçilər Ortaqusun Hizbullah əleyhinə açıqlamalarına reaksiya veriblər.

Etirazçılar Hizbullahın baş katibi Naim Qasimə dəstək şüarları səsləndiriblər.

Livan parlamentindəki Hizbullah qrupunun rəhbəri Məhəmməd Rad yazılı açıqlamasında Ortaqusun Hizbullah əleyhinə söylədiyi sözlərə reaksiya verib.

Rad, Ortaqusun açıqlamalarını "Livanda milli bir quruluşa qarşı nifrətlə dolu məsuliyyətsiz sözlər" olaraq qiymətləndirərək, "Ortaqusun açıqlamaları Livanın suverenliyinə açıq bir müdaxilədir" ifadələrdən istifadə edib.

ABŞ rəsmisini diplomatik etiketdən kənara çıxmaqda günahlandıran Rad bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahunu qəbul etməsinə işarə edərək, “Korrupsiyadan danışanlar terroru qəbul edə bilməz” deyib.

Hizbullah rəsmisi Rad, "İsrailin Qəzza zolağına və Livana hücumlarının pis mənzərəsini görmək istəyənlərin dünyada terroru kimin dəstəklədiyini görə biləcəyini" iddia edib.

Livan Rəyasət Heyətindən verilən açıqlamada ABŞ rəsmisinin dediyi sözlərin “öz fikri olduğuna və Livan Rəyasət Heyətinin bununla maraqlanmadığına” diqqət çəkilib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus Beyrutdakı Baabda sarayında prezident Cozef Aun ilə görüşündən sonra mətbuata açıqlama verib.

"Mən ABŞ-da və dünyada heç vaxt livanlıları ölkələrinin gələcəyi ilə bağlı bu qədər həvəsli görməmişdim. Düşünürəm ki, bunun əsas səbəbi Hizbullahın İsrail tərəfindən məğlub edilməsidir", - Ortaqus deyib.

Ortaqus “Hizbullahı məğlub etdiyi üçün İsrailə təşəkkür edirəm” deyərək, bu hadisədə Livan xalqının və prezident Aunun da rolu olduğunu iddia edib.

Ortaqus, Livanda hökuməti qurmaq vəzifəsi daşıyan Navaf Salam da daxil olmaqla hər kəsin "korrupsiyaya son qoymaqda qərarlı" olduğunu və "Hizbullahın heç bir şəkildə hökumətdə iştirak etməyəcəyini" söyləyib.

Ortaqusun Livan prezidenti Avn ilə əl sıxışdığı və İsrailin simvolu olan “David ulduzu” üzük taxdığı görülüb və hadisə sosial mediada reaksiyalara səbəb olub.