Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib
Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə hüquqlarını müdafiə etdiyi Kanal 13 intetnet televiziyasının rəhbəri Əziz Orucovun şikayətinə Bakə Apellyasiya Məhkəməsində baxılıb.
Vəkil qeyd edib ki, müdafiə tərəfi onun istintaq zamanı azadlığa buraxılmasını istəmişdi.
Onun sözlərinə görə, Əziz Orucovun təqsirləndiyi cinayət "az ağır cinayətlər" qrupuna aid olduğu üçün Orucovu istintaq zamanı həbsdə saxlamağa ehtiyac yoxdur:
"Bu maddə Azərbaycanda işlək deyil və biz sorğu verəcəyik ki, bu maddə ilə neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Əziz Orucov məhkəmədə bildirib ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır", o deyib.
Noyabrın 27-si saxlanılan Əziz Orucov barəsində növbəti gün Bakı Şəhər Səbail Rayon Məhkəməsi üç aylıq həbs qətimkan tədbiri seçib. Polis jurnalistin evində və Kanal 13-ün ofisində axtarış aparıb.
Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov, ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
Kanal 13-ün Almaniyada yaşayan baş redaktoru Anar Orucov qardaşı Əziz Orucovun həbsinin məhz onun peşə fəaliyyəti ilə əlaqəli olduğunu, Azərbaycanda jurnalistlərə qarşı basqıların tərkib hissəsi kimi qiymətləndirdiklərini deyib.
“Çünki başqa bir bənzər hal qeydə alınmayıb ki, kimsə sənədsiz ərazidə ev tikdiyinə görə ona həbs qətimkan tədbiri çıxarıla, evində, ofisində, maşınında axtarışlar aparıla, onu bir cinayətkar kimi, terrorist kimi tutub nümayişkəranə şəkildə aparalar. Baş verənlərin analizi göstərir ki, bu, bütün hallarda Kanal 13-ün fəaliyyəti ilə bağlıdır”, Anar Orucov Amerikanın Səsinə deyib.
Noyabrın 29-u Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də bəyanat yayaraq Əziz Orucovun azad edilməsinə çağırıb. Orucovun vəkili Bəhruz Bayramov CPJ-yə bildirib ki, Orucov aldığı torpaq sahəsində özünə ev tikib. Vəkil əlavə edib ki, torpaq rəsmi qeydiyyata alınmasa da, Bakıda minlərlə sənədsiz ev var, amma buna görə başqa heç kim həbs olunmayıb.
Azərbaycanda ötən həftə daha üç jurnalist, korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.
Kanal 13 internet televiziyasının rəhbərinin apellyasiya şikayəti təmin olunmadı