''İsmayıl Balacanov qonorarını istədiyi üçün qəzəbə tuş gəlib''
“Meydan TV İctimai Televiziyada (İTV) baş verən ixtisarlar barədə yazandan sonra çoxunun bəxti gətirdi, məlumatı təkzib etmək üçün onları geri qaytardılar. Təkcə Rauf Rəcəbovdan başqa”.
Adının açıqlanmasını istəməyən İTV əməkdaşı Meydan TV-yə danışır.
Bir müddət öncə telekanalın yeni rəhbəri Balakişi Qasımovun “təmizləmə əməliyyatı” apardığı haqda məlumatlar yayılmışdı. Mənbə deyir ki, bu əməliyyatın qurbanları arasında “Salam əsgər” hərbi verilişin aparıcısı İsmayıl Balacanov da var.
“İsmayıl müəllimin ərizəsini alıblar, avqustun 30-dan etibarən işdən çıxarılır. Adam şəkər xəstəliyindən əziyyət çəkir, öhdəsində azyaşlı, əlilliyi olan uşaq var. Anası isə onkoloji xəstədir. Ailənin yeganə qazanc gətirən üzvüdür. Məsələ ondadır ki, İsmayıl Balacanov işdən fəaliyyətindəki hər hansı qüsura və ya işi bacarmadığına görə çıxarılmır. O, keçmiş sədr Cəmil Quliyevdən qonorarını istədiyi üçün hədəfə alınıb. Adam aparıcı olduğu halda müxbir maaşı alırdı – 460 manat. Buna etiraz etdiyi üçün gözümçıxdıya salındı. Guya İsmayıl müəllim İTV-nin əvvəlki sədri Cəmil Quliyevin otağında AzTV sədri Arif Alışanova söyüb, bu da onun qulağına çatıb. Cəmil Quliyev işini itirdi deyə imkan tapıb İsmayıl müəllimi işindən uzaqlaşdıra bilmədi. İndi İTV sədrinin televiziya üzrə müavini Murad Hüseynov həmin istəyi yerinə yetirir”.
Mənbə deyir ki, İTV-də işə qəbul Balakişi Qasımov tərəfindən həyata keçirilsə də, ixtisar aparma M.Hüseynova həvalə edilib.
İTV rəhbərliyində təmsil olunan, amma adının Meydan TV-də hallandırılmasını istəməyən başqa bir şəxs də məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Alışanovun yaxın qohumları İTV-də çalışdığından İsmayıl Balacanovun işdən çıxarılmasında israrlıdırlar:
“Bir bloger gətiriblər, yeni hərbi veriliş açırlar. Olsun. Layihə pis deyil. Amma bunun üçün Balacanovu işdən çıxarmaq ədalətsizlikdir. Adam 4 ildir veriliş aparır. Onu da cəlb edə bilərdilər axı. Qanunvericiliyə görə, ixtisarlar aparılarsa, onun ailə vəziyyəti, öhdəsində əlil azyaşlının olması nəzərə alınmalıdır. Adam qonorarına görə mübahisə edib deyə neçə aydır efirə buraxmırdılar. Yeni gələn rəhbərlik söz verdi ki, gözlə, məsələyə baxacağıq, heç nə etmədilər. Burada çalışanların hamısı bilir ki, Balacanov İTV-də gedən Arif Alışanov-Əli Həsənov davasının qurbanlarındandır”.
Mənbə deyir ki, Arif Alışanovun bütün qohumları – qardaşı, bacısı uşaqları departamentləri dəyişdirilməklə işdə saxlanılıb, heç biri ixtisara düşməyib:
“AzTV sədrinin bacısı qızı Nilufər kadrlar şöbəsinin müdiridir. Onun adı Alışanova qarşı sui-qəsdlə bağlı aparılan məhkəmə işində də hallandırılırdı. Adına Şamaxıda xeyli torpaq sahəsi var. Onun təlimatı keçərlidir. İsmayıl Balacanovla bağlı də təlimatı o verib. AzTV sədrinin qardaşı oğlu Səyyar Alışanov, bacısı və qardaşı qızları Pərvanə, Günel də işini itirməyib. Baxmayaraq ki, onlar işdən çıxarılan heç kimdən istedadlı, bacarıqlı deyillər”.
İsmayıl Balacanov Meydan TV-yə deyib ki, bu barədə danışmaq istəmir. O, heç bir sualı cavablandırmayıb.
Cəmil Quliyev Meydan TV-nin bu barədə sualına sualla reaksiya verib:
“Mən İsmayıl Balacanovu 2013-cü ildə işə götürmüşəmsə, niyə çıxartmalıyam? İsmayıl Balacanov çox güclü yaradıcılıq təfəkkürünə malik adamdır, işə götürəndən sonra heç bir təmasımız olmayıb. Görünür, özü belə qəribə şeyləri uydurur. Bu, onun mənə çox sağoludur?”.
Cəmil Quliyev bildirib ki, deyilənlər İctimai Televiziyada müəyyən adamların intriqalarının təzahürüdür:
“Mən artıq 4 aydır orda işləmirəm və öz ərizəmlə çıxmışamsa, məndən nə istəyirlər? İkinci, qonorar söhbəti və Arif Alışanovla bağlı məsələ də olmayıb. Məsələ ondadır ki, Balacanov normanı tam yerinə yetirdiyi üçün qonorar almayıb. Yenə deyirəm, bu cür şeyləri İctimai Televiziyada müəyyən qruplar uydurur. Bu qruplar məni öz oyunlarına qatmaq istəyirlər, amma heç nə çıxmayacaq. Nəhayət, kanaldan uzaqlaşdırığımdan problemlərlə də maraqlanmıram”.
İTV rəhbərliyindən məsələyə aydınlıq gətirən olmadı. Meydan TV-nin suallarını cavablandırmadılar.
Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin qurtarması halları istisna olmaqla, işəgötürənin tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
İTV-də: Aparıcı Arif Alışanovun tələbi ilə işdən çıxarılır

Oxşar xəbərlər