İstefa verən ruhani getmə səbəbindən danışıb

QMİ-nin Saatlı, Sabirabad, İmişli şəhəri üzrə bölgə Qazısı, İmişli şəhər Cümə məscidinin axundu Hacı Adıgözəl Bəşirov istefa verməsi haqda danışıb. Məsciddə 30 ildən artıq fəaliyyətdə olduğunu söyləyən ruhani istefanı öz istəyi ilə verdiyini bildirib. Lakin bundan sonra dilçilik, tərcümə ilə məşğul olacağını deyən Hacı Adıgözəl dayanmaq fikrində deyil. Demək getmə səbəbi də özünün söylədiyi kimi yorğunluqla bağlı deyil. Hacı Adıgözəlin qadağalara baxmayaraq iki gün Ramazan bayramı günlərində bayram namazı qılması diqqətdən kənar qalmamışdı. O, bunu iki gün məscidə gələn inanclıların istəyi ilə gerçəkləşdirdiyi söyləyərək onların inancına hörmətini ifadə edib. Görünür hakimiyyət onun bu hörmətinə hörmətlə yanaşmayıb.

Akademiyanı bitirən ruhani İranla bağlı istefaların yer aldığı fikirləri qəbul etmir. 2018-ci ildə İraqa Ərbəin ziyarətinə getdiyini söyləyən ruhani yalnız bu zaman İrandan keçdiyi söyləyir. Bunun isə onun İranla əlaqəsinə iddia olaraq məntiqsiz səslənən fikir olardı.