İslami Cihad: İşğalçı rejimin cinayətləri cavabsız qalmayacaq!

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Nablusun cənubunda sionist əsgərlər tərəfindən vurulan fələstinli gəncin şəhadətinə reaksiya verərək, işğalçı rejimin İordan çayının qərb sahilindəki qətllərinin cavabsız qalmayacağını bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, son hadisədə sionist əsgərlər Nablusun cənubundakı Hevara qəsəbəsində azadlığa buraxılan fələstinli əsir Əmmar Həmdi Muflehi güllələyiblər.

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tarik Səlmi, "Müqavimət Fələstin xalqına dəstəyi dayandırmayacaq və işğalçı rejim bu qətlin əvəzini ağır ödəyəcək", - deyə qeyd edib.

"İsrailin ardıcıl kabinetlərinin rəsmi siyasətinə çevrilən bu qətllər müdafiəsiz xalqımızı dəstəkləmək üçün təcili beynəlxalq tədbirlər tələb edir", - Fələstin Administrasiyasının bəyanatında deyilir.

Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Aştia deyib: Beynəlxalq ictimaiyyət İsrailin İordan çayının qərb sahilindəki cinayətlərinin davam etməsinin qarşısını almalıdır.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə; Təkcə son 72 saat ərzində 10 fələstinli gənc sionist qüvvələr tərəfindən öldürülüb.