İŞİD Dəməşqdə törədilən terror aktını üzərinə götürüb

İŞİD terror təşkilatı Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb (s.ə.) bölgəsində baş verən və çoxlu sayda insanın ölümü və yaralanmasına səbəb olan terror aktına görə məsuliyyəti üzərinə götürüb.

İŞİD terror təşkilatı cümə axşamı günü Dəməşqin cənubundakı Seyyidə Zeynəb (s.ə.) bölgəsində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Suriya yerli mənbələri təkfirçi terrorçuların iyrənc hücumlarına baxmayaraq, Seyyidə Zeynəb (s.ə.) bölgəsində vəziyyətin nəzarət altına alındığını və təhlükəsizliyin təmin edildiyini, ziyarətçilərin dünya şəhidlərinin lideri Həzrət Hüseynin (ə) təhlükəsizlikdə vəfatına matəm tutduqlarını vurğulayıblar.

Xəbər agentlikləri cümə axşamı günü Dəməşqin Zeynəbiyyə bölgəsində bomba yüklü avtomobilin partladığını bildirib.

Suriya Daxili İşlər Nazirliyi rəsmi açıqlamasında Dəməşqin Seyyidə Zeynöb (s.ə.) bölgəsində baş verən partlayışda ölənlərin sayının 6 nəfər olduğunu bildirib. Bundan başqa, bu terror aktında 23 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Partlayış “Seyyidə Salam” otelinin yaxınlığında baş verib.