İran: Dünyanın islamofobiya ilə mübarizə vaxtıdır

İranın Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi: “İran bütün dünyada islamofobiyaya səbəb olduğu hücumların qurbanları ilə tam həmrəy olduğunu vurğulayır” paylaşıb.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Nyu Yorkdakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi Beynəlxalq İslamofobiyanın Aradan Qaldırılması Günü münasibəti ilə Tvitter hesabında bu mesajı yazıb: “Bunun üçün mübarizə aparmağın vaxtıdır. İran İslam Respublikası din və əqidəyə qarşı hər hansı zorakılıq aktını son dərəcə təəssüf doğuran bir vəziyyət kimi qiymətləndirir və bütün dünyada islamofobiya səbəb olduğu hücumların qurbanları ilə tam həmrəy olduğunu vurğulayır.

 Bugünkü görüş İslamofobiyanın formaları, o cümlədən nifrət nitqi, ayrı-seçkilik, terror hücumları və təkcə müsəlmanlara qarşı deyil, həm də onların inancları, prinsipləri və müqəddəsliklərinə qarşı zorakılıqla effektiv mübarizə aparmaq əzmimizin gücünü nümayiş etdirir.

Son bir neçə onillikdə böyük bir anti-İslam media şəbəkəsi yaranıb. Onlar müsəlmanlara qarşı düşmən və aqressiv mühiti təbliğ edirlər ki, bu da insan haqlarına təhlükə yaradır".