İmran Xanın həbsinə yeni order verildi

Pakistanın paytaxtı İslamabad məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə yeni order verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Xan polis əməkdaşlarına və qadın hakimə qarşı nalayiq ifadələr və təhdidlər səsləndirməkdə ittiham edilir. 

Bildirilir ki, o,  martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır.