İlin yeddi ayında çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin geridə qalan yeddi ayı ərzində milli çempionatlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Braziliyanın “Fluminense” klubunda çıxış edən argentinalı German Kano 21 qolla birinci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, siyahıya dünyanın ən yüksək reytinqli 100 çempionatında çıxış edən oyunçular salınır. Azərbaycan Premyer Liqasından heç kim ilk “30-luğ”a düşə bilməyib.

 

Futbolçu

Qollar

Ölkə

Klub (Liqa)

1

German Kano

21

Argentina

“Fluminense” (Braziliya)

2

Uqo Keypers

19

Belçika

“Gent”

3

Ronaldo Kordoba

19

Panama

“Errera”, “9 Oktyabr” (Ekvador)

4

Mauro İkardi

18

Argentina

“Qalatasaray” (Türkiyə)

5

Santyaqo Cordana

18

Argentina

“Qarkilaso” (Peru)

6

Dominik Stolts

18

Almaniya

“Svift Hesperange” (Lüksemburq)

7

Tiquinyo Soareş

17

Braziliya

“Botafoqo”

8

Harri Keyn

17

İngiltərə

“Tottenhem”

9

Viktor Osimxen

17

Nigeriya

“Napoli” (İtaliya)

10

Aleksandr Lyakazett

17

Fransa

“Lion”