İlham Əliyev İsaak Hersoqla görüşüb

Prezident İlham Əliyev cümə günü Münhendə İsrail rejimin prezidenti İsaak Hersoq ilə görüşüb.

Bu görüşdə tərəflər Azərbaycan Respublikası ilə İsrail arasında iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlığı müzakirə ediblər.

Tərəflər həmçinin qeyd ediblər ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı üçün stimul yaradır.

Bu ölkə xalqının bütün reaksiyalarına baxmayaraq, Azərbaycan Respublikası ötən il Təl-Əvivdə səfirlik açdı və sionist rejimlə əlaqələrini inkişaf etdirməyə davam etdi.

2022-ci il noyabrın 18-də Azərbaycan Respublikasının Parlamenti bu ölkənin işğal olunmuş Fələstin ərazilərində səfirliyinin açılmasını təsdiqləyib və bu qərarı İlham Əliyev də təsdiqləyib.

Budan sonra rəsmi Bakı əvvəllər Azərbaycan Respublikası təhsil nazirinin müavini və xarici işlər naziri vəzifələrində çalışmış Muxtar Məhəmmədovu bu ölkənin işğal olunmuş ərazilərdəki ilk səfiri kimi təqdim edib.

Hər iki tərəf son illərdə sıx hərbi, siyasi və iqtisadi əməkdaşlıq qurub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bəyanatlarına görə, 2016-2020-ci illər arasında İsrail rejimin hərbi ixracatının 17%-dən çoxu Azərbaycana edilib və İsrail rejiminin idxal etdiyi neftin təxminən 40%-i bu ölkəyə Azərbaycan Respublikası tərəfindən ixrac edilib.