İsraillə atəşkəs sazişindən sonra Livanda parlamentin 2 ildən çox müddətdən sonra nəhayət prezident seçməyə nail olmasının ardınca yeni hökumət də qurulub.
Beynəlxalq Ədalət Məhkəməsi (UƏM) sədrliyindən istefa verən Nevvaf Səlam, baş qərargah rəisliyindən prezidentliyə yüksələn Cozef Aundan hökuməti qurmaq səlahiyyətini aldı. ABŞ-İsrail təzyiqləri altında aparılan danışıqlardan sonra o, yeni kabinetin tərkibini elan etdi.
2022-ci ildən bəri baş nazir vəzifəsini müvəqqəti icra edən Nəcip Mikatinin istefasını qəbul edən prezident Aun, Nevvaf Səlam daxil olmaqla 24 üzvdən ibarət yeni hökumətin qurulması ilə bağlı fərmanı təsdiqlədi. Hökumətin rəsmi fəaliyyətə başlaması üçün parlamentdən etimad səsi alması lazımdır.
Trampın nümayəndəsi xəbərdarlıq etmişdi
Bundan əvvəl Beyruta səfər edən ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə köməkçi nümayəndəsi Morqan Ortaqus, Hizbullahın “terror hökmranlığının sona çatmasını” məmnuniyyətlə qarşıladıqlarını bildirərək, İranın dəstəklədiyi şiə müqavimət hərəkatının “Livanın yeni hökumətində iştirak etməsinin qırmızı xəttləri olduğunu” bildirmişdi.
Lakin bu gün yeni kabinetin tərkibi elan edildikdən sonra Livan mənbələri, Şiələrin Əməl və Hizbullah hərəkatlarının hökumətdə 5 nazirlik əldə etdiyinə diqqət çəkdi.
Livanın ən çox müzakirə olunan nazirliyi olan Maliyyə Nazirliyinə Əməl hərəkatının lideri, Parlamentin sədri Nəbi Bərrinin istədiyi kimi nazir təyin olundu. Bərrinin namizədi olan Livan-ABŞ ikili vətəndaşlığına sahib Yasin Cabir, yeni Maliyyə naziri oldu. Kritik nazirliklərdən biri olan DİN-in də Əməl Hərəkatına keçməsi ABŞ-İsrail cütlüyünü ciddi narahat etdi. Hətta İsrailin Livanı bombalamasının səbəbini bununla bağlı olduğunu bildirənlər də var…
Yeni kabinetin üzvləri və vəzifələri:
- Baş nazir müavini: Tariq Mitri
- Müdafiə naziri: Mişek Mnəssa
- Xarici işlər naziri: Yusuf Rəcci
- Rabitə naziri: Çarlz əl-Hac
- Energetika və su naziri: Cozef Saddi
- Daxili işlər naziri: Əhməd əl-Həccar (Əməl Hərəkatı)
- Ədliyyə naziri: Adil Nassar
- Maliyyə naziri: Yasin Cabir (Əməl Hərəkatı)
- Səhiyyə naziri: Reken Nəsrəddin (Əməl Hərəkatı)
- Mədəniyyət naziri: Qəssan Səlamə
- Sənaye naziri: Co İsa əl-Xuri
- İqtisadiyyat və ticarət naziri: Əmir əl-Busat
- Kənd təsərrüfatı naziri: Nizar Hani
- İnformasiya naziri: Pol Markus
- Sosial işlər naziri: Hənin əs-Seyyid
- Tikinti və nəqliyyat naziri: Fayiz Rəsmani
- Qaçqınlar və texnologiya naziri: Kamal Şahadə (Hizbullah)
- Əmək naziri: Məhəmməd Heydər (Hizbullah)
- Gənclər və idman naziri: Nura Bayrakdaryan
- Turizm naziri: Lora əl-Hazen Lahud
- İdarəetmə və inkişaf naziri: Fadi Mekki
- Təhsil və ali təhsil naziri: Rima Karami
- Ətraf mühit naziri: Tamara əz-Zeyn
Rəsmi fəaliyyətə başlaması üçün parlamentin təsdiqi lazımdır
Livan Nazirlər Kabinetinin Baş Katibi Mahmud Mekkiyenin açıqlamasında Nevvaf Səlamın başçılıq etdiyi yeni hökumətdə nazirlərin müəyyən edildiyi elan edilib.
Livanda yeni hökumətin qurulması ilə bağlı məsləhətləşmələr 13 yanvardan bəri davam edirdi. Ölkədə 2 ildən çox müddətdir davam edən siyasi böhran və hakimiyyət boşluğu sonrası 9 yanvarda Cozef Aun prezident seçilmiş, 13 yanvarda isə Nevvaf Səlam yeni hökuməti qurmaq üçün vəzifələndirilmişdi.
8 fevralda Nevvaf Səlamın başçılığı ilə qurulduğu açıqlanan yeni Livan hökumətinin rəsmi fəaliyyətə başlaması üçün parlamentdən etimad səsi alması tələb olunur.
Az.shafaqna.com
İki ildən sonra Livanda qurulan hökümətdə Hizbullah və Əməl təmsil olundumu?