HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Haniyə kiçik mənzilli mərmidən istifadə edilərək qətlə yetirilib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Ordusundan (SEPAH) bəyan edilib.
“Araşdırmanın nəticələrinə əsasən, sözügedən terror əməliyyatı təxminən 7 kq-lıq döyüş başlıqlı kiçik mənzilli mərmidən istifadə edilərək həyata keçirilib”, – deyə qeyd edilib.
Əlavə edilib ki, qonarqların yerləşdirildiyi ərazidən yox, kənardan atılıb.
Açıqlamada vurğulanıb ki, İran HƏMAS liderinə qarşı sui-qəsdə görə qisas alacaq.
SEPAH-dan bildirilib ki, sui-qəsd ABŞ dəstəyi ilə İsrail tərəfindən planlaşdırılaraq icra olunub.
HƏMAS liderinə qarşı sui-qəsdin təfərrüatları üzə çıxıb