HƏMAS azad etdiyi daha 3 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HƏMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Proses insidentsiz baş tutub.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Növbəti mərhələdə onlar İsrailə aparılacaq.