Hindistanda etnik qruplar arasında toqquşma - 54 ölü

Hindistanın şimal-şərqində etnik qruplar arasında toqquşma baş verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, toqquşma nəticəsində 54 nəfər ölüb. 

Hakimiyyət asayişi bərpa etmək üçün bölgəyə təcili qoşun yeridib: "Səlahiyyətlilər interneti bağladılar və iğtişaşların qarşısını almaq üçün ekstremal hallarda güllələnmə əmri verdilər".

Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, iğtişaşçılar avtomobilləri və evləri yandırıb.