Həbsdə olan fəalın döyülərək xəstəxanalıq edildiyi bildirilir
Avqustun 23-də həbs qətimkan tədbiri dəyişdirilərək polis nəzarətində azadlığa buraxılan “Müsəlman birliyi” hərəkatının üzvü Ceyhun Balaşov xəstəxanaya yerləşdirilib.
Avqustun 23-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar qəbul edib.
Sonuncu dəfə iyulun 11-də fəalın oğlu Arif Balaşov mediaya müsahibəsində deyib ki, atası 1 saylı Bakı İstintaq Təcridxanasında fiziki zorakılığa məruz qalıb. O, atasının qolunda sıyrıqlar gördüyünü, danışa bilməyəcək dərəcədə özünü halsız hiss etdiyini bildirib.
Bundan sonra Ceyhun Balaşov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Arif Balaşov deyib ki, atasının döyülməsinə səbəb məhkəmədə ittihamı qəbul etməməsi olub.
Həbsdə olan fəalın döyülərək xəstəxanalıq edildiyi bildirilir - VİDEO