Həbsdə olan AXCP üzvündən bir həftədir xəbər yoxdur

Həbsdə olan AXCP fəalı Aqil Hümmətov bir həftədən artıqdır ailəsinə zəng etmir. Bu barədə həyat yoldaşı Aygün Hümmətova bildirib. O, Aqilin cərimə kamerasına (karserə) salındığını güman edir. Aqil Hümmətov Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İstintaq və məhkəmə dövründə vəkili olmuş Nemət Kərimlinin müqavilə müddəti bitdiyi üçün AXCP tərəfindən digər bir vəkillə müqavilə bağlnalıcaq.