Hakimiyyətin son hazırlığı : AŞURA (5-ci hissə)

Bənənyar hadisəsi, o qanlı olaydan bir il sonra, 2011-ci il dekabrın 6-da Gəncə şəhərində Aşura yürüşü insedent yaşandı. Hər il adətə çevrilən Aşura yürüşünə polis sərt müdaxilə etdi. Saxlanılan inanclılar polis idarəsində ciddi işgəncə gördü. Hadisədən qısa müddət sonra müsahibə verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev Aşura ərəfəsində küçə yürüşlərinin qadağasından danışdı. Aşura yürüşü ilə bir zamana təsadüf edən hicab aksiyalarının ilk alovu da o ildə gerçəkləşdi. Məhz bu fakt Aşura yürüşündə xüsusi diqqətə gələn şüarlar arasında yer aldı. Buna görə də hakimiyyət Aşura qadağası üçün təmizləmə qərarını gerçəkləşdirmək üçün 2011-ci ilin dekabrından başlayaraq 2012-ci ilin yayına qədər Bakı da daxil olmaqla bütün bölgələrdən aktiv inaclıların həbsinə start verdi. Yüzləri ötən inanclılar, ruhanilər bu təmizləmədə saxlanılaraq həbsə salındı. Lakin bu da Aşura mərasimləri, xüsusi olaraq yürüşlərinə maniə ola bilmədi. 
 2013-cü il Aşura qadağası ilk dəfə olaraq Lənkəranda“Göy məscid” ətrafında gücləndirilmiş polis kartonunun qurulması ilə gerçəklədi. O dövrdə adət olaraq Aşura yürüşlərinin bütün Lənkəranın qatıldığı bir neçə km-lik məsafəni əhatə etdiyindən hakimiyyətin Cənubda insident yaratma ehtimalı çoxaldı. Lakin Aşura yürüşünə təşkilatçılıq bütün hadisələri önlədi. Bununla yanaşı Gəncədə yürüş qadağası növbəti dəfə gərgin anlar yaşadı. 2013-cü il ikinci “Hicab qadağasına yox” aksiyası da Bakının mərkəzində sözün əsil mənasında qaşıdurmaya çevrildi. Buna görə də növbəti illər üçün stimul mənbəyi olan Aşura yürüşlərini, ardınca bütün retualları da daxil olmaqla müqəddəratı həll olunmalı idi. 
2014-cü il hakimiyyət tərəfindən az qala bütün Aşura mərasimlərinin baş tutacağı məkanlar əvvəlcədən hazırlanmış yerlər, ərazilər və mərasim üçün lazımı vəziyyət aldı. Lakin sonunda bu hakimiyyətin bir nəticəyə gəlib çıxmasına səbəb oldu ki, ya bu retual, təhlükəsizliyi qorunmaqla icrasına göz yumulmalı, ya da eyni vaxtda mərkəz də daxil olmaqla bütün Azərbaycanda Aşura səs-küy doğuracaq qədər geniş qadağalı addım ilə susdurulmalı idi. Təbii ki, hakimiyyət ikincini, qadağalamağı seçdi. O bu addımı ilə ilk növbədə Bənənyar kimi məzhəbi, dini düşüncəsi ilə fərqlənən məkanı hədəfləməli idi. Bu addım həm köklü təsir, həm qorxu, həm də Aşuranın məhdudlaşdırılması üçün ən dəqiq zərbə ola bilərdi. Bakı üçün strateji məzhəbi məkan isə Nardaran sayılırdı. 
Nardaranda anti-Aşura əməliyyatına bir daha sonuncu dəfə böyük izdihamın qatıldığı bu retual təkana səbəb oldu. Hakimiyyət növbəti dəfə seçimində dəqiq olduğunu müəyyən edib əməliyyat üçün vaxt seçdi. Bu 26 noyabr tarixi olaraq dəqiqləşdi. Hakimiyyət tərəfindən böyük bir dəstənin Nardaranda keçirdiyi əməliyyat ilin ən dəhşət dolu hadisəsi oldu. 2015-ci il Aşura və Ərbəin arasında baş verən bu hadisədə ikisi polis işçisi olmaqla 6 nəfər öldürüldü. 10 nəfər müxtəlif güllə yaraları aldı ki, bəziləri hələ də əlildirlər. Nardaran da daxil olmaqla bölgələrdə əlaqələndirici həbslər 200-dən artıq inanclını azadlıqdan məhrum etdi. Cənublu olan polislərin Nardaranda keçirilən əməliyyat zamanı öldürülməsi faktı bu gün də müəmmalıdır. Belə ki, ekspertiza hər iki polis kapitanının qumbara partlaması nəticəsində öldüyünü yazırdı. Lakin bütün axtarışlara baxmayaraq hadisə yetindən qumbaranın partlaması ilə bağlı kiçik bir sübut belə tapılmadı. Bu isə onu söyləməyə əsas verirdi ki, Aşuranı qadağalama siyasətinə etiraz edən hər iki inanclı zabiti elə hakimiyyət özü öldürmüşdü. 6 ay sürən həbslər bir-birinə birləşməyən dəstə yaratma layihəsi olaraq Aşuranın yüksək səviyyədə baş tutuan məkanlarından aparıcı şəxslərin saxlanılmasına gətirib çıxardı. Bu formalaşan qorxu mühitinin gücü Bakıdakı Aşura yürüşlərinin ruhunu tamam söndürdü. 
Bakı ilə yanaşı Lənkəran, Gəncə də daxil olmaqla bir çox bölgələrgə genişlənən həbs dalğası əslində bu ərazilərdə böyük həcmli Aşura yürüşlərinə hədəflənmiş həbslər idi. 2015-ci ildən başlayaraq Bakı da daxil olmaqla bölgələrdə yürüşlər tamam dayandırıldı.
2016-cı ilin Aşurası ölkənin matəm ruhunu ifadə edən ən ağrılı il oldu. Lakin 2017 oktyabr 1-də Azərbaycanda məhdudlaşan Aşura abu-havasına Gəncədən bir can gəldi. Gəncə inanclıları bütün qadağalara baxmayaraq azadlıq məktəbinin məşərini Tasua gecəsi qaldıra bildi. Şübhəsiz, insidentin yaşandığı o gecə hakimiyyətin Bənənyar, Nardaran hadisəsindən sonra növbəti qanlı hadisənin Gəncədə də gerçəkləşdirməsinə təkan verdi. 2018-ci il 10 iyun hadisəsi eynən Nardaran modeli olaraq iki yüksək çinli polisin hakimiyyət tərəfindən öldürülməsi ilə yadda qalan qanlı olay həyata keçirildi. Bu dəqiq qurulmuş senari çox keçmədi ki, məsum qurbanlarını da bu oyuna fəda etdi.

5-ci hissənin sonu