Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışını davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsinin 12-ci hissəsini bölüşən ilahiyyatçı tövbə üçün zəmin olan vəziyyəti incələyib. O, tövbənin insan varlığında dəyişikliyə səbəb olduğunu bildirərək belə bir özəlliyin insan baxışlarında dəyişikliyə səbəb olacağını söyləyib. Dəyişən baxışlar öz növbəsində hədəflərin dəyişikliyinə, bu da sonunda insanın arzu və amallarının köklü dəyişikliklərlə üzləşəcəyi  olduğunu bildirib. İlahiyyatçı bütün bu dəyişiklikləri əldə etmək üçün hər bir insan üzərində olan “tanıma” missiyasına diqqətin yönəlməli olduğunu bildirib.

“İnsan 3 nöqtəyə diqqət göstərməli və onu çox dəqiqliklə tanımalıdır:

1. Özünütanıma.

2. Cəmiyyəti tanıma.

3. Mühiti tanıma.

Özünü tanımada gizlənən həqiqət olduqca önəmlidir. İnsan özünü, daxili hisslər və cismi tələblərini tanımasa nütləq yanlışlığa yol verəcək. Bunun çıxış yolu isə özünütanıma missiyasında insanın 3 nöqtəyə diqqətli olmasıdır. Bunlardan:

  1. Yolun dəqiq görülməsi və tanınması. İnsan bunu dəqiqləşdirməyənə qədər atacağı addımın yanlışlığa düçar olmayacağı qarantından çox-çox uzaqdır. İnsan mütləq həyat konsepsiyamız olan dinin incəliklərini bilməli, onu dəqiqliklə öyrənməlidir. Bunun üçün mütəxəssislərlə məsləhətləşib, onların bilgilərindən faydalanmaq lazımdır.
  2. Yaşam proqramının qurulması. Hər gün, hər saat planlı fəaliyyət göstərmək, bütün addımlarını planlı icra etmək bu məsələ üçün çox önəmlidir.
  3. Ruhi qüdrətə sahib olmaq. Güclü ruhu qüdrətə sahib olmaq insanı kənar təsirlərdən qorumaqla yanaşı mübarizə ruhunda da əzmin artırılması üçün əvəzsiz rola malikdir.”

İlahiyyatçı söhbətinin davamını növbəti həftə davam edəcəyini bildirib. O, bu dəfəki cümə söhbətini yekunlaşdıraraq bol-bol dualar edib.