Əfqanıstanın tanınmış siyasətçisi Gülbəddin Hikmətyara qarşı sui-qəsdə cəhd olub

Kabilin Altıncı mikrorayonunda “Darul-Aman” məscidinə edilən hücumun mahiyyəti açıqlanıb. Hücum Gülbəddin Hikmətyarı hədəfə alıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün günorta saatlarında Kabilin “Darul-Aman” məscidinə və tanınmış siyasətçisi Gülbəddin Hikmətyarın burada yerləşən ofisinə iki kamkadze tərəfindən hücum edilib.

Hücum Gülbəddin Hikmətyarı hədəfə alıb.

Məlumata görə, hücum ediən iki kamikadze öldürülüb. Həmçinin tanınmış siyasətçinin cangüdənlərindən biri də həyatını itirib.

Taliban hələ bu barədə açıqlama verməyib.