Fələstinli gənclər Qəzzada bayraq yürüşünə qarşı üsyan qaldırdı

Qəzzanın şərqində Əl-Avda düşərgəsində fələstinli gənclərlə sionist əsgərlər arasında qarşıdurma yaranıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Şahab Fələstin xəbər agentliyinin məlumatına görə, Qəzzanın şərqindəki Əl-Avda düşərgəsində fələstinli gənclərlə sionist əsgərlər arasında qarşıdurma olub.

Fələstinli gənclər sionistlərin bayraq yürüşünə cavab olaraq Fələstin bayrağını dalğalandırıblar. Nəticədə sionist əsgərlər fələstinlilərə hücum edib.
Fələstinlilər qondarma bayraq yürüşünə qarşı olaraq təkərləri yandıraraq, bayraq yürüşünə qarşı şüarlar səsləndiriblər.
Bəzi gənclər isə "təhlükəsizlik divarı"nın üstünə Fələstin bayrağını sancıblar. Bu addım sionist hərbçilərin kobud reaksiyası ilə nəticələnib.
Fələstin mənbələri Qəzzanın şərqində 4 fələstinlinin yaralandığını bildirib.