Bu gün, iyulun 14-də Xankəndinin mərkəzi meydanında ermənilər etiraz aksiyasına başlayıb.
Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, mitinqdə Arayik Arutyunyan, Qurgen Nersisyan kimi Xankəndindəki separatçı rejimin liderləri iştirak edir.
Özünü "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" kimi qələmə Qurgen Nersisyan bir gün əvvəl Qarabağ ermənilərinin "ümumxalq hərəkat"a başladığını iddia etmişdi.
Onun sözlərinə görə, etirazların keçirilməsində əsas məqsəd "Laçın dəhlizinə qoyulmuş blokun" açılmasına nail olmaqdır.
Nersisyan açıqlamasında həmçinin qeyd etmişdi ki, 2020-ci il 44 günlük müharibədən sonra Qarabağ erməniləri ortada "tək qalıblar".
"Əgər dünya ictimaiyyəti öz simasını itirməyibsə, "Artsax xalqı"nın hüquqlarını təmin etməlidir. Böyük insan tələfatı baş vermədən ayılın".
Nersisyan bugünkü mitinqdəki çıxışı zamanı Rusiya Federasiyasına, rus xalqına, Qarabağdakı Rusiya sülhrməramlı kontingentinə də müraciət edib.
"İndi biz əminik ki, hazırkı vəziyyət sizin üçün də ağırdır. Sizin gözünüzün qabağında "Artsax xalqı" çox çətin problemlərdən keçib, indi bu problemlər daha kəskin hal alıb və bu hal artıq qəbuledilməzdir.
Biz "xalqımızın" təhlükəsizliyini, üçtərəfli Bəyanatda tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin etməyi və "Artsax"ı Ermənistanla birləşdirən dəhlizin açılmasını xahiş və tələb edirik", - deyə o açıqlamasında vurğulayıb.
Erməni mətbuatının məlumatına görə, mitinqdən əvvəl Qarabağdakı qondarma rejim daxilində “güclərin” toqquşması baş verib. Qondarma rejimin liderlərindən olan Vitaliy Balasanyanın saxlanıldığı bildirilir. Balasanyan Qarabağda Azərbaycanla dialoqun aparılmasının əsas tərəfdarlarından biri kimi göstərilirdi. Qondarma rejimin keçmiş "dövlət naziri", sərvətini Rusiyada qazanmış oliqarx Ruben Vardanyanla onun arasında uzunmüddətli konfliktin olduğu bildirilirdi. Ruben Vardanyan bugünkü aksiyada iştirakçılara qoşulduğunu bəyan edib.
Bəzi müşahidəçilər Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşdikcə Qarabağdakı mitinqin başlamasını təsadüf hesab etmirlər. Qeyd edək ki, iyulun 15-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Ermənilər Xankəndində etiraz aksiyasına başlayıb