Dünya çempionatında Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Elcan Hacıyev Macarıstanda keçirilən dünya çempionatında uğurla çıxış edib.

Məlumata əsasən, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala yiyələnib.