"Son dönəmlər hər iki siyasi təşkilata qarşı hakimiyyətin represiyaları durmadan artır. 2023-cü ildə İlham Əliyev siyasi məhbus məsələsində yumşalmaya getməli olduğu halda öz siyasətini daha da sərtləşdirdi. İlin əvvəlindən etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının 6 üzvü (Anar Hüseynov, Rövşən Səfərov, Elnur Həsən, Orxan Baxış 30 sutka , Əlizamin Salayev barəsində isə cinayət işi açılaraq 3 ay həbs qətimkan tədbiri), Demokratiya 1918 Hərəkatının 2 İdarə Heyəti üzvü (Afiəddin Məmmədov 30 sutka, Samir Sultanov 1 ay) və Müsəlman Birliyi Hərəkatının 13 üzvü (Həsən Abbaszadə, Nizami Əhməd, İmran Məmmədli, Tərlan Sayadov, Telman Rəşidov, Rövşən Əliyev 30 sutka, Elnur Cəfərov, Raşad Əliyev, Elşən Rəhimov, Azad Kərimov, Ceyhun Babaşov, Etibar İsmayılov, Mayıl Kərimovun barələrində isə cinayət işi açılaraq həbs qətimkan tədbiri ilə) və foto-jurnalist Vəli Şükürov 30 sutka həbs edilib. Həmçinin bu gün ictimai fəal Bəxtiyar Hacıyev barəsindəki həbs qətimkan tədbiri 2 ay daha uzadıldı.
Hər iki təşkilat siyasi məhbus məsələsini fikir və ideologiya müxtəlifliyindən asılı olmayaraq ölkənin ortaq problemi hesab edir, hər bir vətəndaşı siyasi məhbusların müdafiəsi üçün təşəbbüs göstərməyə çağırır və Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların qeyd-şərtsiz azad olunmasını tələb edir!"
Demokratiya 1918 və Müsəlman Birliyi Hərəkatları birlikdə bəyanat yaydı